Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı gənci para-pauerliftinq üzrə Dünya Kubokunda qızıl medal qazanıb

0

  • Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının üzvü Talib Zeynalov 29 aprel - 1 may tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya Kubokunda +107 kq çəki dərəcəsi "gənc idmançılar" kateqoriyasında, 146 kq nəticə göstərərək fərdi çəkidə qızıl medal qazanıb. Bu nəticə ilə idmançımız ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub.Talib Zeynalov böyüklər arasında 146 kq ilə yarışı 5-ci pillədə tamamlayıb. Qeyd edək ki, əslən Xocalı rayonundan olan Zeynalov Talib Ramin oğlu 2004-cü il avqustun 23-də Bakı şəhəri Binəqədi rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin II kurs tələbəsidir. Talib Zeynalov 2022-ci il 24-29 sentyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən gənclər arasında açıq Avropa Çempionatında 107+ çəki kateqoriyasında iştirak edərək 135 və143 kq ağırlığı qaldırmaqda qalib olub, 151 kq ağırlıqqaldırmada rekord ilə, 155 kq ağırlıqqaldırmada isə yeni Avopa rekordu ilə birincilik qazanaraq 4 qızıl medala sahib olub. İnanırıq ki, Talib avqustda Dubayda keçiriləcək Dünya Çempionatında da qalib olaraq bizi yenə qürurlandıracaq. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib33 dəfə
    Xocalı gənci para pauerliftinq üzrə Dünya Kubokunda qızıl medal qazanıb

    Maraqlı gələ bilər
    127
    37
    61